"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “əmlak vergisindən 104.354 manat əldə edilib”

--2023-02-24 / 06:25

“Xəzər rayonu Binə bələdiyyənin 2022-ci il ərzində bələdiyyə büdcəsinə 133904 manat gəlir daxil olmuş, xərclər 134276 manat təşkil etmişdir”- bu fikirləri Belediyye.infoya adşçəkilən bələdiyyənin sədri Habil Həmidov bidlirib.

Sədrin sözlərinə görə, büdcə gəlirlərinin əsas mənbəyi olan-torpaq icarəsindən 4.800 manat, torpaq vergisindən 9.750 manat,  əmlak vergisindən 104.354 manat, dotasiyadan-15.000 manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-45.263 manat, DSMF 21.567 manat, bələdiyyənin saxlanmasına 12.011 manat , sosial yardımlar üzrə ödənişlər- 30.035 manat, abadlıq-quruculuq təmir işlərinə 25.400 manat xərclənmişdir.

Belediyye.info

ŞƏRHLƏR